27 iyun 2024 10:26
147

Mərkəzi Bank: "PARA” BOKT-un fondlar qarşısında icra olunmamış öhdəlikləri mövcuddur

"PARA" Bank Olmayan Kredit Təşkilatının (BOKT) fəaliyyəti 2021-ci il sentyabr ayından bugünədək müvafiq fondlar qarşısında öhdəliklərinin icrasına yönəldilib.

Bu barədə "İki sahil"ə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

"PARA" BOKT 2017-ci ildə “Parabank”ın yenidən təşkili nəticəsində yaradılıb. Hesabat tarixinə “Parabank” ASC-nin BOKT-a çevrilmədən öncə olmuş depozit portfeli üzrə fiziki və hüquqi şəxslər qarşısında öhdəliyi olmasa da, müvafiq fondlar qarşısında icra olunmamış öhdəlikləri mövcuddur", - AMB qeyd edib.

Bildirilir ki, BOKT tərəfindən 2021-ci il sentyabr ayından etibarən kreditləşmə fəaliyyəti həyata keçirilməyib, fəaliyyəti əsasən müvafiq fondlar qarşısında öhdəliklərinin icrasına istiqamətlənən tədbirlərin həyata keçirilməsindən ibarət olub: "BOKT-un sözügedən öhdəliklərinin icrası AMB tərəfindən aidiyyəti fondlarla koordinasiya edilməklə diqqət mərkəzində saxlanılır".