27 iyun 2024 16:16
198

Türkiyənin “Togg”u ƏN MƏŞHUR BRENDLƏR SİYAHISINDA

Qardaş Türkiyənin elektrikli avtomobil markası olan “Togg” “Brand Finance”ın ölkənin ən dəyərli markaları" siyahısında 20-ci, “Türkiyənin 500 ən böyük sənaye müəssisəsi 2023 Araşdırması” siyahısında isə 42-ci yerdə qərarlaşıb.

“İki sahil” xəbər verir ki, şirkətdən verilən açıqlamaya görə, 2023-cü ilin aprel ayı etibarilə Türkiyənin 81 vilayətində ilk avtomobili olan T10X-i istifadəçilərinə təqdim edən “Togg” qlobal və yerli prestijli siyahıların başındadır.

Beynəlxalq müstəqil marka qiymətləndirmə konsaltinq şirkəti Brand Finance tərəfindən dərc edilən "Türkiyə 125 - Türkiyənin Ən Dəyərli Markaları" siyahısına “Togg”un T10X modelini istifadəçilərinə təqdim etdiyi ilk ildə 182 milyon dollar marka dəyəri ilə 20-ci sırada daxil oldu.

Siyahı “Brand Finance” tərəfindən 41-dən çox ölkədə 31 fərqli sektorda fəaliyyət göstərən 6 mindən çox şirkətin brend qavrayışı ilə bağlı apardığı “Qlobal brend dəyəri izləmə araşdırması” hesabatının bir hissəsini təşkil edir.

Digər tərəfdən İSO-nun açıqladığı “Türkiyənin 500 ən böyük sənaye müəssisəsi araşdırması” siyahısında 42-ci olan şirkət, keçən il 24,3 milyard lirəlik satış gəliri ilə nəhənglər siyahısında yer alıb.