27 iyun 2024 23:46
207

Pomidor kişilərə daha çox faydalıdır?

Həkimlər yayda pəhrizinizə daha çox mövsümi tərəvəzlər daxil etməyi tövsiyə edirlər. Pomidor mütləq onların arasında olmalıdır. Çünki o, ürəyi, qan damarlarını, dərini qoruyur və hətta kişilərin sağlamlığını gücləndirir. Rusiyalı dietoloq Mixail Qinzburq "Ən vacibi haqqında" sağlamlıq proqramında bu barədə daha ətraflı danışıb.

Yetişmiş pomidor güclü antioksidant və iltihab əleyhinə maddə olan likopenlə zəngindir. Bundan əlavə, müntəzəm pomidor istehlakı testosteron səviyyəsini sabitləşdirir.

"Pomidor və ya pomidor suyunun müntəzəm istehlakının sonsuzluqdan müalicə olunan kişilərdə müsbət dəyişikliklər yaratdığını göstərən tədqiqatlar var", -deyə Mixail Qinzburq bildirib.

Nubar Süleymanova, “İki sahil”