27 iyun 2024 18:45
166

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - FOTO

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb.

“İki sahil” xəbər verir ki, bir neçə saat öncə ərazidə nəqliyyatın hərəkəti bərpa olunsa da, İsmayıllı-Lahıc avtomobil yolunun dağlıq ərazidən keçən digər hissəsinə də iri qaya parçaları tökülüb və yol yenidən bağlanıb.

Lahıc qəsəbəsi də daxil olmaqla, İsmayıllının bir neçə kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvə və texnikası tərəfindən qaya parçalarının yolun hərəkət hissəsindən təmizlənməsi işləri davam etdirilir.