2025-ci ilin aprelində Bakıda investisiya forumu keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.
"Forumda həm yerli, həm də xarici şirkətlərin nümayəndələri iştirak edəcəklər. Tədbir çərçivəsində Azərbaycan, o cümlədən, Qarabağ məhsullarının İslam ölkələrinə ixracı məsələləri müzakirə olunacaq", - o deyib.
Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir
Ekoloji əməkdaşlıq növbəti bir parçalanma xətti deyil, körpü olaraq qalmalıdır - Muxtar Babayev
Nazir müavini: Azərbaycanda bərpaolunan enerjinin inkişafı olduqca sürətlə gedir