Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov işğaldan azad edilmiş ərazilərdə ilk biznes quran sahibkarları təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Sahibkarlarımızı Qarabağın bərpasında və dirçəldilməsində fəal iştiraka görə "Tərəqqi" medalı ilə təltif edilmələri münasibətilə təbrik edirik. Onlar öz mənafeyini düşünmədən, Qarabağın gələcəyinə inanaraq işğaldan azad edilmiş torpaqlarımızda ilk biznes quranlardan oldular və nümunə yaratdılar. Hər birinə bunun üçün təşəkkürümüzü bildirir və işlərində uğurlar diləyirik", - M. Cabbarov qeyd edib
Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir
Ekoloji əməkdaşlıq növbəti bir parçalanma xətti deyil, körpü olaraq qalmalıdır - Muxtar Babayev
Nazir müavini: Azərbaycanda bərpaolunan enerjinin inkişafı olduqca sürətlə gedir