29 iyun 2024 16:29
233

THY 1900 işçi işə götürəcək

“Türk Hava Yolları” 2021-ci ildə 5561 pilotu işə götürüb. 2023-cü ildə bu rəqəm 6755-ə çatdı. Biz pilotların sayını daha da artırmağı və bütün donanmanı modernləşdirməyi planlaşdırırıq”.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin milli aviadaşıyıcısı - “Türk Hava Yolları” (THY) şirkətinin İdarə Heyətinin sədri Ahmet Bolat deyib.

Türkiyənin ən bahalı brendi hesab edilən THY-nin rəhbəri bildirib ki, şirkət işçi qüvvəsini 900 pilot və 1000 bələdçi ilə genişləndirməyi planlaşdırır.

Onun sözlərinə görə, aviaşirkət yaxın iki il ərzində “Türk Hava Yolları”nın bütün reyslərini pulsuz internetlə təmin etməyi də planlaşdırır.

“Mülki aviasiya bazarında fəaliyyət çox mürəkkəb prosesdir. Təkcə son 20 ildə dünyada 180-ə yaxın aviaşirkət müflis olub”, - deyən Ahmet Bolat əlavə edib ki, təkcə ötən il Türkiyənin milli aviadaşıyıcısı ölkəyə 55 milyard dollar gəlir gətirib: “Bunun da 21 milyard dolları şirkətin xalis mənfəəti olub. Bütün bunlar 300-dən çox təyyarənin daxil olduğu donanmanın sayəsində baş verib. 2033-cü ilə qədər bu rəqəm 810-a çatacaq”.