29 iyun 2024 17:00
216

Maldiv adalarının naziri prezidentə cadu edib?

Maldiv adalarının Ətraf Mühit, İqlim Dəyişikliyi və Enerji naziri Fatimata Şamnaz Əli Səlim prezident Məhəmməd Muizə qarşı "qara magia"dan istifadə etdiyinə görə həbs edilib və müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Jaipur” məlumat yayıb.

Ətraf Mühit, İqlim Dəyişikliyi və Enerji Naziri Fatimata Şamnaz Əli Səlimin Maldiv adaları polisi tərəfindən həbs edilməsi rezonans doğurub. Bu sensasion həbs paytaxt Maledə baş verib.

Maldiv adaları iqlim böhranı ilə mübarizədə ön sıralardadır. BMT-nin ətraf mühit üzrə mütəxəssisləri xəbərdarlıq ediblər ki, dəniz səviyyəsinin qalxması əsrin sonuna qədər arxipelaqı su altında saxlaya bilər.

Yerli medianın məlumatına görə, Şamnazın işdən çıxarılması Maldiv adalarının ekoloji siyasəti və qlobal iqlim danışıqlarındakı mövqeyi üçün ciddi nəticələrə səbəb ola bilər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”