29 iyun 2024 18:17
186

Bayden Trampı məğlub edəcəyinə söz verir

Co Bayden: "Əvvəlki kimi rahat yerimirəm, əvvəlki kimi rəvan danışmıram, əvvəlki kimi yaxşı mübahisə etmirəm"

ABŞ Prezidenti Co Bayden noyabrda keçiriləcək prezident seçkilərində Respublikaçı rəqibi Donald Trampı məğlub etmək niyyətində olduğunu söyləyib.

“İki sahil” “Reuters”ə istinadla xəbər verir ki, dövlət başçısı respublikaçı rəqibi ilə debatdan bir gün sonra mitinqdə bildirib ki, yaşı genc deyil, 81 yaşı var: "Əvvəlki kimi rahat yerimirəm, əvvəlki kimi rəvan danışmıram, əvvəlki kimi yaxşı mübahisə etmirəm". Mitinq iştirakçıları onun bu sözlərindən sonra, "daha dörd il" şüarını səsləndiriblər.

"Bu işi görə biləcəyimə bütün qəlbimlə və canımla inanmasaydım, yenidən namizədliyini irəli sürməzdim. Risklər çox yüksəkdir", - Bayden deyib.

Seçki kampaniyanın sözçüsü Maykl Tayler debatda uduzan Baydenin başqa namizədlə əvəzlənmə ehtimalını dəyərləndirərən deyib ki, belə bir ehtimal yoxdur: "Ölkəni hara aparmaq istədiyini pis təsəvvür edən namizəddənsə, bir pis gecə keçirməyi üstün tuturuq".

Məhərrəm Ağalaroğlu, “İki sahil”