“Neftçi” 2024/25-ci illər mövsümü üçün yeni formasını təqdim edib.
“İki sahil” xəbər verir ki, klubun yaydığı məlumatda qeyd edilib: “Ev oyunları üçün nəzərdə tutulmuş yeni forma klubumuzun 1976-1977-ci illərə aid retro formasından ilhamlanaraq hazırlanıb. İstehsalçı firma tərəfindən xüsusi olaraq “Neftçi” üçün dizayn edilən formamız ağ köynək və qara şortdan ibarətdir. Müasirləşdirilən yeni dizaynımız ilə köklərə bağlılıq konsepsiyamıza sadiqik”.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar