İsveçrə - İtaliya matçının ən yaxşı futbolçusu bəlli olub
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final oyununun (2:0) ən yaxşı futbolçusu müəyyənləşib.
“İki sahil” UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, İsveçrə millisinin üzvü, oyunda ikinci qolun müəllifi Ruben Varqas qarşılaşmanın ən yaxşı oyunçusu adına layiq görülüb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar