30 iyun 2024 01:42
201

Antonio Rudiger Almaniya - Danimarka matçının ən yaxşı seçildi

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final oyununun (2:0) ən yaxşı futbolçusu müəyyənləşib.

“İki sahil” UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, meydan sahiblərinin heyətində Antonio Rudiger qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

UEFA-nın Texniki Müşahidə Şurası onun oyununu yüksək dəyərləndirərək qeyd edib: "O, həqiqətən güclü idi. Bütün oyun boyu çoxlu duellərdə qalib gəldi. Xüsusilə havada güclü idi və topla dəqiq idi".

Məhərrəm Ağalaroğlu, “İki sahil”