30 iyun 2024 09:44
199

Ayın görünməyən üzündən yığılan nümunələr Yerə endi

Çin Ayın uzaq və görünməyən tərəfindən Yerə ilk torpaq nümunələri gətirməklə bir ilkə imza atıb.

“İki sahil” xəbər verir ki, mütəxəssislərin fikrincə bu, Günəş sisteminin ilkin tarixi haqqında daha çox məlumat verə bilər.

Çinin kosmik gəmisi "Chang'e-6" topladığı nümunələrlə Çinin Daxili Monqolustan Muxtar Vilayətinə enib.

Ayın Cənub Qütbü olan Aitken hövzəsindən qazma yolu ilə toplanmış 2 kiloqrama qədər süxur nümunələri müayinə üçün laboratoriya mühitinə aparılıb.