Bu gün qüvvəyə minən Rəqabət Məcəlləsi rəqabətpozucu davranışlarla mübarizədə adekvat alətlərin tətbiqinə və daha səmərəli qərarların qəbul edilməsinə şərait yaradacaq.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
O bildirib ki, müasir çağırışlara cavab verən rəqabət qanunvericiliyi bazar paylarının təkmil alətlər vasitəsilə müəyyən edilməsi və bazar münasibətlərinin tənzimlənməsi, özəl sektorun inkişafı, rəqabət intizamının gücləndirilməsi, iqtisadi artım və gəlirlərin optimal bölgüsünə töhfə verəcək. Rəqabət Məcəlləsi ölkədə əlverişli biznes mühitinin inkişafı, təsərrüfat subyektlərinin sayının və iqtisadiyyata cəlb olunan investisiyaların artması üçün geniş imkanlar yaradacaq.
Ekoloji əməkdaşlıq növbəti bir parçalanma xətti deyil, körpü olaraq qalmalıdır - Muxtar Babayev
Nazir müavini: Azərbaycanda bərpaolunan enerjinin inkişafı olduqca sürətlə gedir
“AzerGold” “Söyüdlü” qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib