Çindən Türkiyəyə Orta Dəhliz üzərindən yeni marşrutla ilk yük qatarı yola salınıb.
“İki sahil” bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.
Məlumata görə, məişət əşyaları və gündəlik tələbat malları yüklənmiş 110 konteynerdən ibarət qatar Çinin Ciansu əyalətinin paytaxtı Nankin şəhərindən Mərkəzi Asiya–Xəzər dənizi–Azərbaycan–Gürcüstan marşrutu ilə İstanbul şəhərinə yola düşüb.
Hazırda Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Qara dəniz üzərindən keçməklə Çin və Avropa arasında yükdaşımalar bir neçə istiqamət üzrə həyata keçirilir.
Ekoloji əməkdaşlıq növbəti bir parçalanma xətti deyil, körpü olaraq qalmalıdır - Muxtar Babayev
Nazir müavini: Azərbaycanda bərpaolunan enerjinin inkişafı olduqca sürətlə gedir
“AzerGold” “Söyüdlü” qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib