Azərbaycan və Tacikistanın mərkəzi bankları arasında əlaqələrin daha da möhkəmləndirilməsi imkanları müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun Seçki Qrupunun Toplantısı çərçivəsində Düşənbəyə işgüzar səfərimiz başlayıb. Səfər çərçivəsində ilk görüş tacikistanlı həmkarım Firdavs Tolibzoda ilə baş tutdu. Tacikistanın Seçki Qrupunun Toplantısı kimi mühüm tədbirə ev sahibliyi etməsi münasibətilə təbriklərimi çatdıraraq dəvətə görə təşəkkürümü bildirdim. Görüşdə mərkəzi banklar arasında əməkdaşlığın mövcud vəziyyətini, əlaqələrin daha da möhkəmləndirilməsi imkanlarını müzakirə etdik", - deyə o qeyd edib.
Ekoloji əməkdaşlıq növbəti bir parçalanma xətti deyil, körpü olaraq qalmalıdır - Muxtar Babayev
Nazir müavini: Azərbaycanda bərpaolunan enerjinin inkişafı olduqca sürətlə gedir
“AzerGold” “Söyüdlü” qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib