Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlıq müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Çinlə iqtisadi əməkdaşlığımızın gündəliyində bir sıra qarşılıqlı faydalı məsələlər var. Cianqsu Əyalət Hökumətinin baş katibinin müavini Sü Huaçinlə görüşdə ticarət, investisiya, nəqliyyat, kənd təsərrüfatı, turizm və digər sahələrdə işbirliyi imkanlarını müzakirə etdik", - deyə o qeyd edib.
Ekoloji əməkdaşlıq növbəti bir parçalanma xətti deyil, körpü olaraq qalmalıdır - Muxtar Babayev
Nazir müavini: Azərbaycanda bərpaolunan enerjinin inkişafı olduqca sürətlə gedir
“AzerGold” “Söyüdlü” qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib