02 iyul 2024 00:29
206

Əli Kərimlinin məsləki, məramı xəyanətdən yoğrulub

Azərbaycan həmişə olduğu kimi yenə dünyanın diqqət mərkəzindədir. Bunun müxtəlif səbəbləri var. Ən başlıcası isə ölkəmizin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına COP29-a ev sahibliyi etməsidir.  Birmənalı demək olar ki, respublikamızın müxtəlif mövzularda beynəlxalq konfranslara və forumlara ev sahibliyi etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun getdikcə daha da artdığının bariz nümunəsidir.

Azərbaycanın COP29 ilə gələcək üçün müəyyənləşdirəcəyi yeni hədəflər həm “yaşıl enerji”in inkişafı üçün mühüm vasitə olacaq, həm də beynəlxalq və regional sülhə böyük töhfələr verəcək. 

Təbii ki, İkinci Qarabağ müharibəsindəki tarixi Qələbə ilə öz ərazi bütövlüyünü, lokal antiterror təbdbirləri ilə suverenliyini tamamilə bərpa edən Azərbaycanın qazandığı böyük nailiyyətlər, yüksəliş hamımızda qürur doğurur. Çox təəssüf ki, anti-Azərbaycan dairələrin əlində alətə çevrilən, “sapı özümüzdən olan baltalar”, utanmadan özünü “demokratiya” “millət təəssübkeşi” adlandıran antimilli elementlər belə məsuliyyətli günlərdə ölkəmizin beynəlxalq imicinə ləkə yaxmaq üçün ən alçaq vasitələrə əl atırlar.

Şübhəsiz, Azərbaycan diqqət mərkəzində olduğu kimi, həm də hədəfdədir. Belə ki, COP29 ərəfəsində anti-Azərbaycan dairələr və erməni lobbisinə yaxınlığı ilə tanınan bəzi təşkilat və media orqanları ölkəmizin əleyhinə qara piar kampaniyası aparmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Erməni lobbisinin təsiri altında olan təşkilatların və maliyyə qurumlarının tezislərini icra edən ölkəmizdəki radikal maxalifətin təmsilçiləri və onların xarici ölkələrdəki şərikləri sosial şəbəkələrdə, xüsusilə “YouToube” və “Facebook” platformalarında ölkəmizin uğurlarına kölgə salmağa çalışır, yalan informasiyalarla ictimai rəyi çaşdırmaq üçün ən alçaq üsullardan istifadə edirlər.

Korporativ maraqlar, şəxsi ambisiyalar, hakimiyyət naminə vicdanını, milli heysiyyatını və təəssübünü, mənəviyyatını, həqiqət duyğusunu Azərbaycan əleyhdarlarının beş-on quruşuna satan başda AXCP sədri, xəyanətkar xislətli Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli olmaqla dağıdıcı müxalifətin rüsvayçı şəkildə tarix səhnəsindən silinməsi  qaçınılmaz prosesə çevrilib. Bu qaragüruhçuların hazırda Avropanın müxtəlif ölkələrində “siyasi mühacir” adı ilə məskunlaşan, anti-Azərbaycan dairələrin və müxtəlif xarici xüsusi xidmət orqanlarının toruna düşən savadsız, milli düşüncədən məhrum olan Tural Sadıqlı Qənimt Zahid, Rahim Hacıyev, Sevinc Osmanqızı kimilərlə sıx işbirliyi içərisində olmalarını da hamımız bilirik.

Hər kəsə yaxşı məlumdur ki, radikal müxalifət nümayəndələrinin sosial şəbəkələrdəki “moizələri” boş cəfəngiyyatdan və həqiqətlərin məqsədli şəkildə təhrif edilməsindən başqa bir şey deyil. Ancaq o da aydındır ki, Ə.Kərimlinin ictimai rəyi çaşdırmaq üçün istifadə etdiyi bütün bu köhnəlmiş “taktikalar” heç bir nəticə verməyəcək. Çünki AXCP sədrinin və onun orbitində fırlananların söylədikləri obyektiv reallığı əks etdirmir. Əli Kərimli, GültəkinHacıbəyli, Fuad Qəhrəmanlı, Rahim Hacıyev kimi qaragüruhçuların sosial şəbəkələrdəki fəaliyyətləri, təxribatçı çıxışları ilə ictimai rəyi çaşdırmaq cəhdləri heç bir nəticə verməyəcək. Ən əsası isə odur ki, dövlətimizə, dövlətçiliyimizə müxalifətçilik edən, düşmənlərimizin əlində maşaya çevrilərək Vətənimizə qənim kəsilən, anti-Azərbaycan daiələrin dili ilə danışan bu marginallar tarixin və ictimaiyyətimizin yaddaşında xəyanətkar, satqın kimi qalacaqlar.

Nəhayət, belə yerdə ABŞ-ın 40-cı Prezidenti, vaxtilə “xalqlar həbsxanası” adlandırılan SSRİ-ni “Şər imperiyası” elan edərək onu iqtisadi cəhətdən zəiflətməyi əsas məqsəd elan edən Ronald Reyqanın belələri haqqında fikrini bir daha xatırlatmaq yerinə düşərdi: “Ən qədim peşənin sahibləri bir halda fiziki deyil, mənəvi məmnunluq hissi yaşayırlar. Bu da vətəninə xəyanət etmiş birisinə “xidmət”dən imtina etdikdə yaşanan hissdir. Bu halda daşıdığı peşə belə xəyanətkarlığın fövqündə dayanır”.

Zahid Rza, “İki sahil”