Bakı Gəmiqayırma Zavodunda inşa ediləcək dörd quru yük gəmisi, bir patrul gəmisi və bir yanğınsöndürmə gəmisi müqavilə mərhələsindədir.
“İki sahil” xəbər verir ki, bu barədə “Bakı Gəmiqayırma Zavodu” MMC-nin İdarə Heyətinin sədri Elşad Nuriyev Prezident İlham Əliyevə müəssisənin fəaliyyəti barədə məlumat verərkən deyib.
O bildirib ki, ümumilikdə 1 046 nəfərin çalışdığı zavodda bir "Ro-Pax" tipli bərənin, iki tankerin və bir dibdərinləşdirən gəminin inşası davam etdirilir: "İki tanker, dörd dalğıc və üç sürətli sərnişin gəmisi isə layihəndirmə mərhələsindədir".
E.Nuriyev diqqətə çatdırıb ki, zavod beş ticarət və səkkiz xidmət gəmisi ilə bağlı müqavilələr imzalayıb.
Qeyd edək ki, Bakı Gəmiqayırma Zavodunun təməli 2010-cu ildə qoyulub. 2011-ci il mayın 10-da “Bakı Gəmiqayırma Zavodu” MMC birgə müəssisəsi təsis edilib. 2013-cü ildə Prezidenti İlham Əliyevin iştirakı ilə rəsmi açılışı baş tutan zavoda 2015-ci ildə Qaradağ Sənaye Parkının rezidenti statusu verilib.
Sadiq Qurbanov: İqlim sisteminin dəyişməsində insan fəaliyyətinin təsirləri mühüm rol oynayır
Bakı İqlim Fəaliyyəti Həftəsi ildən-ilə daha böyük miqyasda və daha zəngin proqramla keçirilir
Azərbaycanla İran Astara yük terminalında işlərin tamamlanması istiqamətində müzakirələr aparıb
Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir