Niderlandın "ING Group" şirkəti 2024-cü il üçün Azərbaycanın iqtisadi artım proqnozunu 2,8 %, 2025-ci ildə 2,5 %, 2026-cı ildə isə 2,8 % səviyyəsində müəyyən edib.
Bu barədə “İki sahil” şirkətin açıqladığı proqnozlara istinadən xəbər verir. Bundan öncəki proqnoza nisbətən 2024-cü il üçün gözləntilər 0,3 faiz bəndi artıb, gələn il üçün isə 0,2 faiz bəndi azalıb.
Hesabata əsasən, 2024-cü ilin ikinci rübündə ÜDM artımı 3,5 %, üçüncü rübdə 2 %, dördüncü rübdə isə 1,5 % proqnozlaşdırılır. Həmçinin 2025-ci ilin birinci rübündə iqtisadi artım proqnozu 1,7 %, ikinci rübdə 2,5 %, üçüncü rübdə 2,7 %, dördüncü rübdə isə 3 % səviyyəsində nəzərdə tutulub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 % çox ümumi daxili məhsul istehsal olunub.
Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü ildə ÜDM-in artımı 2,4 %, 2025-ci ildə 2,9 % səviyyəsində gözlənilir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda ÜDM-in artımı 2,6 %, 2025-ci ildə 2,8 % təşkil edəcək.
Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda ÜDM istehsalının bu il 2,3 %, 2025-2026-cı illərdə isə 2,4 % artacağı gözlənilir.
Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda ÜDM-in artım proqnozunu 2,8 % olacağını proqnozlaşdırır. IMF 2025-2028-ci illərdə Azərbaycanda ÜDM-in artımını illik 2,3 %, 2029-2032-ci illərdə isə illik 2,4 % səviyyəsindən yuxarı olacağı proqnozlaşdırılıb.
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) proqnozuna görə, 2024-cü ildə Azərbaycanda ÜDM artımı 3,1 %, 2025-ci ildə isə 2,7 % olacaq.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2024-cü ildə Azərbaycanın ÜDM-i 2,5 %, 2025-ci ildə 2 %, 2026-cı ildə 1,5 %, 2027-ci ildə isə 1,5 % təşkil edəcək.
“Moody’s” beynəlxalq reytinq agentliyi isə Azərbaycanın real ÜDM artımının 2023-cü ildəki 1,1 %-dən 2024-cü ildə 2,1 %-ə qədər sürətlənəcəyini proqnozlaşdırır.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar