Tədbirin məqsədi KOB-ların iqlim maliyyəşməsində rolunun artırılmasına töhfə vermək, onların bu prosesdə fəal iştirakını təşviq etməkdir.
“İki sahil” xəbər verir ki, Azərbaycanda elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRİC) əməkdaşlığı çərçivəsində 9-10 iyul tarixlərində KOB subyektləri üçün “İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdə KOB-ların yaşıl iqlim maliyyələşdirilməsi vasitəsilə gücləndirilməsi” mövzusunda seminar keçiriləcək.
Onlayn formatda və ingilis dilində təşkil olunacaq tədbirin məqsədi İƏT-ə üzv ölkələrdə fəaliyyət göstərən mikro, kiçik və orta biznes subyeklərinin iqlim maliyyəşməsində rolunun artırılmasına töhfə vermək, onların bu prosesdə fəal iştirakını təşviq etməkdir.
Seminarda yaşıl iqlim maliyyələşməsi üzrə ekspertlər, İƏT-ə üzv ölkələrin müvafiq qurumlarının nümayəndələri və beynəlxalq təşkilatların mütəxəssisləri məruzəçi qismində çıxış edəcəklər. Tədbirdə KOB-lar üçün yaşıl maliyyələşdirmə mexanizmləri, iqlim maliyyələşdirilməsinin effektivliyi və gələcəyi, yaşıl KOB-lar üçün imkanlar barədə məlumat veriləcək, müvafiq istiqamətdə KOB-ların qarşılaşdıqları çətinliklər, onların yaşıl təcrübələri mənimsəməsi üçün maraqlı tərəflər arasında əməkdaşlıq imkanları müzakirə ediləcək.
Seminarda iştirak etmək istəyən KOB subyektləri aşağıdakı linkdə qeydiyyatdan keçməlidir: https://erp.sesric.org/events/2024-Workshop-GreenClimateFinance/Apply
Qeydiyyatdan keçmiş və iştirakı təsdiq edilmiş KOB subyektlərinin e-mail ünvanlarına SESRİC tərəfindən seminara qoşulmaq üçün link göndəriləcək.
KOB subyektlərinin seminarla bağlı əlavə sualı yaranarsa KOBİA-ya (Rəfi Qurbanov, (+994 12 404 04 01 (daxili 179)) və ya SESRİC-ə ([email protected]) müraciət edə bilərlər.
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir
Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub
Azərbaycanın qastroturizm imkanları İtaliyada keçirilən beynəlxalq festivalda təqdim olunub
Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün müsabiqə elan edir
Azərbaycan Respublikasının nümayəndə heyəti MDB iştirakçı dövlətləri Miqrasiya Orqanları Rəhbərləri Şurasının 30-cu iclasında iştirak edib
Dövlət Xidmətinin nümayəndəsi Çində keçirilən beynəlxalq tədbirdə iştirak edib