Azərbaycanda turizm sənayesi rəqabət üstünlüyünə malik əsas sahələrdən biridir.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.
"Bunu nəzərə alaraq ölkəmizdə turizmin inkişafı, bu sahənin təşviqi daim diqqət mərkəzində saxlanılır. Hazırda turizm iqtisadiyyatın qeyri-neft sektorunun prioritet sahələrindən birinə çevrilib. Sektorun əsas qollarından birinin hotelçilik olduğunu nəzərə alaraq ölkəmizdə bu istiqamətdə ciddi addımlar atılmasını müşahidə edirik. 2023-cü ildə hotellərin sayı 2022-ci illə müqayisədə 7 % artıb. Turizm sektorunda, o cümlədən hotelçilikdə rəqabətin davamlı artması şəraitində bu sahədə fəaliyyət göstərən biznes subyektləri bazarda uğur qazanmaq üçün məhsul və xidmətlərinin keyfiyyətinə daha çox əhəmiyyət verməli, istehlakçı gözləntiləri istiqamətində işlərini daha da inkişaf etdirməlidirlər", - deyə o qeyd edib.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar