04 iyul 2024 03:15
329

Hansı bitki çayı hansı xəstəliyə xeyirlidir?

Təbii müalicə üsullarından biri də şübhəsiz ki, bitki çaylarıdır... Mütəxəssislər bitki çaylarının düzgün istehlak edildiyi zaman faydalı olduğunu deyirlər. Bəs hansı bitki çayı hansı xəstəliyə xeyirlidir?

Prof. Dr. Osman Müftüoğlu bitki çayları və faydalarından danışıb.

Mütəxəssis qeyd edib ki, hər fəsildə qəbul edilə bilən bitki çayları bəzi sağlamlıq problemlərinin həllinə kömək edə bilər. Təbii müalicə üsulları olaraq bilinən bəzi bitki çayları şüurlu olaraq “azı qərar, çoxu zərər” şəklində  istehlak edildikdə müalicəvi təsir göstərə bilər.

Baş ağrısı, yuxusuzluq, öskürək, yorğunluq... Bəs hansı bitki çayı hansı xəstəliyə xeyirlidir?

Baş ağrısı: Darçın çayı

Darçın spazmı ardan qaldırır, sakitləşdirir.

1 fincan isti suya yarım qəhvə qaşığı darçın əlavə edin, qarışdırın və için. Çaya bal da əlavə edə bilərsiniz.

Öskürək: Kəklikotu çayı

Kəklikotu çayı soyuqdəymə, bronxit və öskürək kimi xəstəlikləri aradan qaldırır, selikli qişaları qurudur və öskürəkdən xilas olmaq üçün bronxial keçid spazmını sakitləşdirir. Eyni zamanda, infeksiyalara qarşı mübarizə aparan antiseptik xüsusiyyətlərə malikdir. Boğaz ağrısını və öskürəyi sakitləşdirir. Kəklikotunun tərkibi efir yağları, minerallar, faydalı fenollar və flavonoidlərlə zəngindir. Kəklikotu xora, iltihab problemlərindən əziyyət çəkənlər üçün də olduqca faydalıdır.

Boğaz ağrısı: Limonlu çay

Limonun içərisindəki antioksidantlar və vitaminlər bədənə fayda verir. Bu, bədən ağrısı və bəlğəm kimi narahatlıq əlamətlərini xəfiflədir, ölü hüceyrələri yeniləyir, dərini gəncləşdirir.

Mədə ağrısı - Çobanyastığı çayı

Çobanyastığı çayı iltihab əleyhinə və spazmolitik xüsusiyyətlərinə görə mədə problemlərini və qarın ağrılarını aradan qaldıra bilər. Bu içkidən bir stəkan həzmsizlik üçün təbii vasitə ola bilər.

Yorğunluq – Nanəli çay

Nanəli çay çox dadlı və eyni zamanda müalicəvi içkidir. Bu ətirli içkinin bir çox faydalı xüsusiyyətləri var. Belə ki, sakitləşdirir, yorğunluğu aradan qaldırır, sinir gərginliyi azaldır, streslə mübarizə etməyə kömək edir

Yuxusuzluq – Passiflora çayı

Passiflora meyvələri neyrotransmitter rolunu oynayan, “xoşbəxtlik hormonu” hesab olunan serotoninlə zəngindir. Buna görə də passifloranın istifadəsi pis əhval-ruhiyyə və depressiya zamanı çox effektlidir. Əsəb pozğunluqları, narahatlıq, yuxu pozğunluğu, həddindən artıq həyəcan, vegetovaskulyar distoniya, neyrodermatitin müalicəsi zamanı sedativ təsirinə görə passifloradan geniş istifadə olunur.         

Nigar Orucova, “İki sahil”