04 iyul 2024 18:01
245

“Cəbrayıl” klubuna yeni baş məşqçi təyin edilib

Elhad Nəziri  "Cəbrayıl" FK-nın baş məşqçisi təyin edilib. 

“İki sahil” xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

B kateqoriyalı baş məşqçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Elhad Nəziri futbolçu kimi "Lokomotiv" (Bakı), "Milsami" (Moldova), "Petrolul" (Rumıniya),"İnter" (Bakı), "Metralul" (Rumıniya) klublarının formasını geyinib.  Rumıniya kubokunun qalibi və çempionatın bürünc mükafatçısı olub. 

Gənc çalışdırıcı “Cəbrayıl” FK ilə Region Liqasının qalibi və II Liqanın gümüş medalçısı olub.

Xatırladaq ki, daha əvvəl "Cəbrayıl"ın baş məşqçiai olmuş Cavid Hüseynov isə yeni mövsümdə "Turan Tovuz"da Kurban Berdəyevin köməkçisi kimi çalışacaq.