Hesablama Palatası Dövlət Neft Fonduna (ARDNF) yeni likvid portfel yaratmağı təklif edib.
“İki sahil” xəbər verir ki, bu barədə Palatanın Fondun 2023-cü il büdcəsinin icrasına verdiyi Rəydə bildirilir.
"Valyuta hərraclarında tələbin artan qeyri-müəyyənliyi fonunda Fond tərəfindən öhdəliklərin (dövlət büdcəsinə transfertin) vaxtında yerinə yetirilməsi, əlavə xərc (alqısatqı xərcləri, potensial itkilərin reallaşdırılması) və risklərin (bençmarkların izlənilməsinə maneələr) yaranmaması üçün likvidliyin idarə edilməsi məqsədilə alt portfelin tərkibində potensial tələb miqdarında yeni likvid portfelin yaradılması məqsədəuyğundur", - deyə sənəddə qeyd olunub.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar