İyulun 5-də UNEC rektoru professor Ədalət Muradovun abituriyent və valideynlərlə "Açıq Qapı" günü keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə rektor UNEC-dəki tədris prosesi, təhsil imklanları, ixtisaslar, imtahan prosesi, tələbələrin sosial həyatı, universitetin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Eyni zamanda abituriyent və valideynlərin çoxsaylı suallarını cavablandırıb.
Səmimi ortamda təşkil olunan görüşün sonunda rektor abituriyentlərə arzuladıqları ixtisası seçməyi, tələbə adını qazandıqdan sonra universitet dövrünü səmərəli dəyərləndirməyi, UNEC-in tələbələr üçün yaratdığı imkanlardan faydalanmağı, daima öz üzərlərində çalışaraq, bilik və bacarıqlarını artırmağı tövsiyə edib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Samux rayonunda vətəndaşlarla görüşüb
Sənaye Sİ-ə güvənməyə hazırdır: Hər 5-ci müəssisə bu texnologiyadan kibertəhlükəsizlikdə daha geniş tətbiqi planlaşdırır
ADA Universitetində şanlı zəfər tariximiz “Zəfər Rəqsi” filminin nümayişi ilə anılıb - FOTO