Azərbaycanın açıq olan yeganə quru sərhədi “Sədərək” gömrük postunda gündəlik 2500-3000 nəfərə yaxın vətəndaşa xidmət göstərilir.
“İki sahil” xəbər verir ki, bunu iyulun 5-6-da Dövlət Gömrük Komitəsi (DGK) yanında İctimai Şura üzvlərinin və media nümayəndələrinin Naxçıvan Baş Gömrük İdarəsinə səfəri zamanı Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev deyib.
O bildirib ki, bu gün Azərbaycanın açıq olan yeganə quru sərhədi Türkiyə ilə olan Sədərək Gömrük Postudur.
“Eyni zamanda 350-400-ə yaxın minik nəqliyyat vasitəsinə xidmət göstərilir. Buraxılış məntəqəsi 24 saat ərzində fəaliyyət göstərir. Hazırda Naxçıvanda qeydiyyatda olan vətəndaşlar üçün giriş-çıxış açıqdır. Qeydiyyatda olan vətəndaşlar sərbəst şəkildə qardaş dövlətə gedib gələ bilərlər. Eyni zamanda Türkiyə vətəndaşları da Naxçıvana rahat giriş-çıxış edə bilirlər”, - deyə V.Əliyev əlavə edib.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar