06 iyul 2024 12:48
310

Macarıstan Qərbin tənqidlərini qəbul etmir

Budapeşt Macarıstanın xarici işlər naziri Peter Siyartonun almaniyalı həmkarı Annalena Berbok ilə bazar ertəsi Budapeştdə keçirilməsi planlaşdırılan görüşünü ləğv edib.

“İki sahil” “Reuters” agentliyinə istinadla xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyi bundan heyrətə gəldiyini və Macarıstanın Baş naziri Viktor Orban ilə Rusiya Prezidenti Vladimir Putinin cümə günü keçirilən görüşündən sonra “ciddi və dürüst” müzakirə aparmaq niyyətində olduğunu bildirib.

Qeyd olunur ki, Macarıstanın elan etdiyi bu ləğv qərarından sonra Berbokun Budapeştə səfəri daha sonrakı tarixə təxirə salınacaq.

Xatırladaq ki, dünən Macarıstanın Baş naziri Viktor Orban Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Orban gözlənilməz səfərini “sülh missiyasının” davamı kimi qiymətləndirib. Avropa İttifaqı Orbanın Moskvaya səfərinə görə Macarıstanı kəskin tənqid atəşinə tutub və Almaniya Budapeştdən Aİ Şurasının sədri vəzifəsindən istefa verməsini tələb edib.

Vaşinqton da Orbanın Rusiyaya səfərindən narahatlığını bildirib.

Macarıstanın xarici işlər naziri bütün ittihamları rədd edib və Qərb tərəfdaşlarının ölkəsini tənqid etməsini qınayıb.