06 iyul 2024 13:07
298

400-dən çox imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 417 imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, onlar xəstəliklərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasındakı “Darıdağ” Arsenli Su Müalicəxanası, “Duzdağ” Fizioterapiya Mərkəzi və Naxçıvan Sağlamlıq Mərkəzində, eyni zamanda, “Ulusu” Sanatoriyası, “Belvedere Baku” Hotel və Şahdağ Guba & Truskavets müalicə mərkəzlərində müalicə kursu keçiblər.

Həmin şəxslər sırasına əlilliyi olan şəxslər, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri daxildir.