06 iyul 2024 15:15
292

Türkiyədə avtomobildə 225 kq-dan çox narkotik maddə aşkarlanıb

Türkiyənin Konya şəhərində bir avtomobildə 225,5 kiloqram narkotik maddə ələ keçirilib.

“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, Əyalət Təhlükəsizlik Müdirliyi Narkotiklərlə Mübarizə Şöbəsi qrupları tərəfindən narkotik ticarəti və istifadəsinin qarşısının alınması işləri çərçivəsində şəhər mərkəzinə gələn avtomobil dayandırılıb.

Avtomobilə baxış zamanı 145 kiloqram skunk və 80 kiloqram 500 qram marixuana götürülüb.

Polis qrupları nəqliyyat vasitəsində olan 1 nəfəri saxlayıb.

Əyalət Təhlükəsizlik Müdiri Mahmud Karabulut əməliyyatdan sonra Narkotiklərlə Mübarizə Şöbəsinə gələrək əməliyyat keçirən polis qruplarını təbrik edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”