06 iyul 2024 20:20
362

Qubada film kimi avtoqəza

Quba rayonunun Əliməmmədoba kəndi ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, "QAZ 53" markalı yük avtomobilinə qoşulan traktor qoşqusu açılıb və arxadan gələn "Mercedes Vito" ilə bir-birinə dəyiblər. Qəza zamanı "Mercedes"də olan iki nəfər xəsarət alıb.

Yaralılar təcili tibbi yardım maşını ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.