06 iyul 2024 23:32
374

Bukayo Saka İngiltərə - İsveçrə oyununun ən yaxşısı seçildi

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İngiltərə ilə İsveçrə yığmaları arasında 1/4 final oyununun ən yaxşı futbolçusu müəyyənləşib.

“İki sahil” UEFA-nın mətbuat xidmətinə istinadla xəbər verir ki,

İngiltərə millisinin heyətində Bukayo Saka görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.

Qeyd edək ki, komandalar arasında keçirilən oyunun əsas vaxtında (1-1) qalib müəyyənləşməyib. Penalti zərbələrini daha dəqiq yerinə yetirən ingilislər (5-3) yarımfinala vəsiqə qazanıblar.