07 iyul 2024 20:13
267

Qazaxıstanın Rusiya ilə sərhədində 200-ə yaxın yük maşını növbə gözləyir

İyulun 6-dan etibarən Qərbi Qazaxıstan vilayətinin “Srım” avtomobil keçid məntəqəsində Rusiya istiqamətində 200-ə yaxın yük maşını növbə gözləyir.

“İki sahil” xəbər verir ki, Qazaxıstan Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, tıxacın əsas səbəbi Rusiya tərəfindən sərhəd nəzarəti proseslərinin ləngiməsidir.

Qeyd edilib ki, yaranmış vəziyyəti aradan qaldırmaq üçün Rusiya ilə iş aparılır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”