07 iyul 2024 20:25
256

Fələstinin nazir müavini ölüb

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağının əmək nazirinin müavini İhab əl-Hüseynin ölümünü təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə müvafiq bəyanat hərəkatın teleqram kanalında dərc olunub.

“HƏMAS Fələstin hökumətinin əmək nazirinin müavini İhab əl-Hüseynin ölüm xəbərini təəssüflə təsdiqləyir”, – bəyanatda deyilir. HƏMAS Əl-Hüseynin İsrailin Qəzza şəhərini atəşə tutması zamanı öldürüldüyünü təsdiqləyib və əlavə edib ki, onun həyat yoldaşı və bir neçə qızı daha əvvəl anklavda ölüb.

O, 2020-ci ildən sözügedən vəzifəni tuturdu.