07 iyul 2024 21:28
246

Media: Orban Çinə gedir

Macarıstanın baş naziri Viktor Orbanın Çinə səfər edir.

“İki sahil” xəbər verir ki, bu barədə Macarıstanın 444.hu portalı məlumat yayıb.

Portalın məlumatına görə, hökumət təyyarəsi “Dassault Falcon 7X” Budapeşti tərk edib və Pekinə gedir.

Macarıstan hökuməti hələlik bu məlumatı təsdiqləməyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”