07 iyul 2024 21:43
262

Türkiyədə avtoqəza, 5 nəfər yaralanıb

Türkiyədə minik maşını ilə xidməti mikroavtobusun toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

“İki sahil” xəbər verir ki, hadisə Malatyanın Yeşilyurt rayonu, Yaxınca Məhəlləsində baş verib.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.

Məhərrəm Ağalaroğlu, “İki sahil”