Bu ilin yanvar-may aylarında Azərbaycanla Çin arasında tranzit yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 31,6 % artaraq 178 min ton təşkil edib.
“İki sahil” xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən "Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı"nda bildirib.
Bundan başqa, onun sözlərinə görə, 2024-cü ilin I yarısında Azərbaycanla Çin arasında dəmir yolu daşımaları isə illik müqayisədə 93 % artıb.
"İyulun 3-də “Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” imzalanıb. Bu sənəd ölkələrarası iqtisadi, ticarət, mədəniyyət, turizm sahələrində əməkdaşlığı ehtiva edir. Bu fəaliyyəti hər iki dövlət dəstəkləyir", - deyə Y.Abdullayev əlavə edib.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar