SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri “Calling Fire on Us” beynəlxalq startap müsabiqəsində “Yüksək potensial” nominasiyasının qalibi olublar.

“İki sahil” xəbər verir ki, onlar İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri Roman Tolstoşeyev, Azər Sadıxzadə və Elnur Bədəlovdur.
Tələbələrimiz Tümen Sənaye Universitetində ən yaxşı tələbə startap komandası adı uğrunda yarışıblar. Nəticədə “Cybersecurity awareness infrastructure with real-time competitions and ai-driven education system” layihəsi ilə qalib gəliblər.
Müsabiqəyə Azərbaycanla yanaşı, Çin, İraq, Şri Lanka, və Türkmənistandan 120 komanda qatılıb.
Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin inkişafı müzakirə olunub
“SOCAR Türkiyə”nin qrup şirkəti “Petkim”də yeni investisiya mərhələsi başlayıb
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb