08 iyul 2024 18:09
290

"Yanardağ” qoruğunun iş saatları uzadılıb

Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun iş saatları uzadılıb.

“İki sahil” xəbər verir ki, bu barədə DTA məlumat yayıb.

Bildirilib ki, ziyarətçilərin çoxsaylı müraciətləri əsasında verilən qərara görə, iyul ayının 10-dan etibarən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu yay mövsümü boyunca hər gün səhər 10:00-dan axşam saat 22:00-dək ziyarətçilərə xidmət göstərəcək.