10 iyul 2024 15:01
263

"Atletiko" hücumçusu ilə müqaviləni uzatdı

"Atletiko" futbolçusu Karlos Martinlə müqaviləni uzadıb.

“İki sahil” xəbər verir ki, ispaniyalı hücumçunun yeni sözləşməsi 5 illikdir.

Bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Mirandes"də (İspaniya) oynayan hücumçu "Atletiko" futbol akademiyasının yetirməsidir.