10 iyul 2024 15:13
180

Millinin baş məşqçisi: Azərbaycana ən yaxşı nəticə ilə qayıtmaq niyyətindəyik

Azərbaycana ən yaxşı nəticə ilə qayıtmaq niyyətindəyik.

“İki sahil” xəbər verir ki, bunu Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında Azərbaycanın 16 yaşadək qızlardan ibarət millisinin baş məşqçisi Evren Alkaya deyib.

Türkiyəli mütəxəssis Avropa çempionatının C divizionunun ikinci matçında Gürcüstan üzərində qazanılan qələbəni (97:40) şərh edib:

"Rəqibimiz güclü idi. Sadəcə, sürətli oynaya bilmədilər. Biz də bundan yararlandıq. Hücum silahlarımızdan yaxşı istifadə etdik, çox istəkli idik. Oyunçularımız çox motivasiyalıdırlar. Zədəli basketbolçumuz yoxdur. Ümid edirəm ki, sabah da qələbə qazanacağıq".

Qeyd edək ki, U-16 növbəti oyununu iyulun 11-də Kipr kollektivinə qarşı keçirəcək. Yığma ötən gün Ermənistanı 86:59 hesabı ilə üstələyib.