10 iyul 2024 16:14
193

Almaniyalı futbolçu millidəki karyerasını başa vurub

"Bavariya"nın futbolçusu Tomas Müller Almaniya millisindəki karyerasını başa vurub.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin məşhur "Bild" nəşri məlumat yayıb.

Tomas Müller 2010-cu ildən yığmanın formasını geyinir və 2014-cü ildə dünya çempionu olub.

O, 2022-ci ildə Qətərdə keçirilən mundialdan sonra milli ilə vidalaşdığını açıqlasa da, yenidən komandaya qayıtmışdı. Bundestim Almaniyada təşkil olunan AVRO-2024-ün 1/4 finalında əlavə vaxtda İspaniyaya uduzub - 1:2.