İspaniyanın "Real" klubunun yeni transferi Kilian Mbappenin təqdimat mərasiminə 100 mindən çox azarkeşin gələcəyi gözlənilir.
“İki sahil” xəbər verir ki, bu barədə "Madrid Xtra" məlumat yayıb.
Ancaq "Real"ın ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" 85 min azarkeş tutumuna malikdir. Bu da o anlama gəlir ki, Madrid təmsilçisinin daha geniş yerə ehtiyacı olacaq.
25 yaşlı forvardın təqdimat mərasimi iyulun 16-da "Santyaqo Bernabeu"da baş tutacaq.
Qeyd edək ki, iyunun əvvəlində İspaniya klubu K.Mbappe ilə 5 illik müqavilə imzaladığını açıqlamışdı. Fransalı futbolçu "Real"a PSJ klubundan azad agent kimi keçib.