Hadisə yerində ikinci qəza baş verib
Malatyanın Darende rayonunda Böyükşəhər Bələdiyyəsinə məxsus yük maşını dayana bilməyib və işıqforda gözləyən mikroavtobusa çırpılıb.
“İki sahil” xəbər verir ki, qəzada nəticəsində mikroavtobusda olan 5 sərnişin yaralanıb.
Yaralılar helikopter ambulans ilə Malatya Turqut Özal Tibb Mərkəzinə aparılıb.
Əyləci tutmadığı üçün mikroavtobusu təxminən 500 metr sürüyən yük maşınının sürücüsü jandarma qrupları tərəfindən saxlanılıb.
Hadisə yerində zərərçəkənlərə kömək etmək üçün dayanan yük maşınına arxadan başqa bir yük maşınının çırpılması nəticəsində ikinci qəza baş verib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qəza ilə bağlı araşdırma aparılır.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Dutertenin dosyesində süni intellekt tərəfindən yaradılmış materiallar aşkar edilib
İran parlamentində ölkənin "Nüvə silahının yayılmaması haqqında" müqavilədən çıxmasını nəzərdə tutan qanun layihəsi hazırlanıb
Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsində 36 şübhəli həbs edilib