14 iyul 2024 14:55
373

“The Federalist”: ABŞ rəsmiləri sui-qəsd cəhdindən əvvəl Trampın təhlükəsizliyi gücləndirmək tələbini rədd edib

ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) son həftələrdə keçmiş prezident Donald Trampın məxfi xidmətdən təhlükəsizliyini artırmaq tələbi rədd edib.

“İki sahil” xəbər verir ki, bu barədə “The Federalist” jurnalı Trampın təhlükəsizliyinin adının açıqlanmayan nümayəndəsinə istinadən yazıb: “Trampın təhlükəsizlik komandası həftələrdir ki, onun müdafiəsini gücləndirmək və imkanlarını artırmaq istəyir, lakin Prezident Co Baydenin Daxili Təhlükəsizlik Departamenti Trampın tələblərini dəfələrlə rədd edib”.

Trampın mitinqi zamanı atəş açılıb,

siyasətçi yaralanıb - VİDEO

Jurnalın yazdığına görə, DHS noyabr seçkilərində prezidentliyə müstəqil namizəd kimi iştirak edən kiçik Robert Kennedinin məxfi xidmətdən müdafiə tələbini dəfələrlə rədd edib.

Şöbə müdiri Alexandro Mayorkasın sözlərinə görə, Kennedinin təhlükəsizliyini qorumaq üçün tədbirlər görmək həmin anda zəruri deyildi.

Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb. Siyasətçinin yutub kanalında yayımlanan mitinq görüntürlərində atəş səslərinin eşidildiyi, Trampın qulağından yaralandığı görülür.

Məhərrəm Ağalaroğlu, “İki sahil”