14 iyul 2024 20:02
286

İmişlidə 9 yaşayış məntəqəsində qazın verilişi müvəqqəti bərpa olunub

İmişlidə 9 yaşayış məntəqəsində qazın verilişi bərpa olunub.

“Bəhrəmtəpə” daşıyıcı yeraltı kəmərində qaz təminatı müvəqqəti olaraq təmin olunub.

Sabah təmir-bərpa işləri davam etdiriləcək.

Xatırladaq ki, "İmişli 1" ölçü qovşağından qidalanan PE 225 mm-lik orta təzyiqli "Bəhrəmtəpə" daşıyıcı yeraltı qaz kəmərininin Rəsullu kəndi ərazisindən keçən hissəsini rabitə xətt çəkən podratçı təşkilata məxsus ekskovator tərəfindən qazıntı işləri aparılarkən zədələnib.

Baş vermiş qəzanın aradan qaldırılması zəruriyyəti ilə əlaqədar, 9 yaşayış məntəqəsində (ümumi 6000 abonent) qaz təchizatı daxildən dayandırılmışdı.

“Report”