Ermənistanın Kotayk vilayətinin Yeqvard şəhəri yaxınlığında “An-2” təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb.
“İki sahil” xəbər verir ki, bu barədə "Sputnik-Armeniya" ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Hadisə yerinə çevik qrup cəlb edilib.