Moldovanın nüfuzlu “Noi.md” xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirakına dair geniş məqalə dərc edib.
“İki sahil” xəbər verir ki, “İlham Əliyevin Avropa Siyasi Birliyinin Zirvə toplantısında görüşləri” sərlövhəli məqalədə dövlətimizin başçısının dünya liderləri ilə apardığı müzakirələr barədə ətraflı məlumat verilib.
Məqalədə qeyd olunur ki, Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer, Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden, İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd, Macarıstanın Baş naziri Viktor Orban ilə söhbəti zamanı ikitərəfli və regional məsələlər müzakirə edilib. Görüşlərdə Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, ölkələr arasında ikitərəfli münasibətlərə toxunulub, qarşılıqlı hörmət və etimad əsasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu diqqətə çatdırılıb.
Yazıda Azərbaycan Prezidentinin görüşlərdə səsləndirdiyi fikirlərə geniş yer ayrılıb.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır