21 iyul 2024 15:40
279

“Araz-Naxçıvan”ın oyun təqvimində dəyişiklik edilib

Təlim-məşq toplanışını Türkiyədə davam etdirən “Araz-Naxçıvan”ın oyun təqvimində dəyişiklik edilib.

“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Küveytin “Al Arabi” komandası ilə qarşılaşma iyulun 24-də, Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.

Özbəkistanın “Soqdiana” klubu toplanışa gəlmədiyi üçün onlarla görüş baş tutmayacaq.

Xatırladaq ki, “Araz-Naxçıvan” Erzurumda ilk yoxlama oyununu “Alanyaspor”a qarşı keçirib. İyulun 16-da baş tutan matç 1:1 hesabı ilə başa çatıb.