Xalq artisti Tünzalə Ağayeva 22 iyul Milli mətbuat günü münasibəti ilə jurnalistləri təbrik edib.
“İki sahil” xəbər verir ki, pop ulduz bununla bağlı şəxsi “İnstagram” hesabında video paylaşaraq bunları qeyd edib.
“Dəyərli mətbuat dostlarım, başda Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabini, böyük ziyalılarımızı, jurnalistlərimizi, müasir dünyamızın görkəmli jurnalistlərimizdən olan mərhum Qənirə xanım Paşayevanı anmaqla hər birinizi təbrik edirəm. Yüksək intelektə sahib olan peşəkarlıq göstərən jurnalist dostlarım, bu gün sizin gününüzdür. Mən hər zaman özümü sizin dostunuz saymışam. Sizin sahəniz mənim üçün və bir çox ictimai insan üçün mühüm bir sahədir. Çox böyük dəyər veririk. Çünki siz sənət adamlarını, ictimai insanları xalqla, tamaşaçı, dinləyici, cəmiyyətlə əlaqələndirən mühüm bir körpüsünüz. Sizə həyatınızda uğurlar arzulayıram. Zamanınızı, ömrünüzü sərf etdiyiniz peşənizdə bol nailiyyətlər arzu edirəm”.
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub